Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Sabah yağış yağacaq – 32 dərəcə isti olacaq

Sabah yağış yağacaq – 32 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək,  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Bəzi dağlıq rayonlarda iyunun 10-11-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın