Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Sabah hava necə olacaq? – Nazirlik açıqladı

Sabah hava necə olacaq? – Nazirlik açıqladı

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 3-6° isti, gündüz  7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz  7-9° isti olacağı gözlənilir.Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq.
Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir.

 

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın