Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Şəkidə leysan yağışlar növbəti dəfə fəsadlara yol açdı – VİDEO, FOTOLAR

Şəkidə leysan yağışlar növbəti dəfə fəsadlara yol açdı – VİDEO, FOTOLAR

Bu gün səhər saatlarında yağan yağış sonra Şəkinin Məmmədəmin Rəsulzadə küçəsi, Heydər Əliyev prospekti, M.F.Axundov prospekti və bir sıra küçələrində asfalt örtüyü dağılıb.
Yağış sularından ən çox əziyyət çəkənlər isə yenə də sürücülər olub.
Həvəskar çəkilişlərdəki kadrlarda yağışın fəsadları daha dəqiq görünür.
Şəhərin Abdulla Şaiq küçəsinində isə yağış sualarının axması üçün nəzərdə tutulan arxları ot örtüyü tutduğundan və tullantılar dolu olduğundan su ərazidəki evlərin həyətlərinə dolur.
Şəhərin digər küçələrindəki arxlarda da vəziyyət eynidir. Təsəlli tapmalı bir məqam var, o da Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşlarının sular çəkilən kimi məişət tullantılarını yığmaq üçün səfərbər olmasıdır.
Hər kəs baş verənlərdən narahat, gördüklərindən şikayət edir. Halbuki məişət tullantıları hara gəldi atılmasa, nəzarət bir az da gücləndirilsə bu qədər ürəkbulandırıcı mənzərə olmaz.
Nəzərə alsaq ki, qarşıdan payız, yağışlı günlər gəlir. Yenə də gec deyil. (Region TV)




Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın