Sahibkar Fərhad Nağıyev əlində məhkəmə qərarı olmasına baxmayaraq Badamdar qəsəbəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sökülən obyektini bərpa etməyə cəhd göstərsə də növbəti dəfə əngəllə üzləşib.
Belə ki, o, ötən ay məhkəmə qərarı ilə obyektini bərpa etmək istəyəndə Səbail Rayonu İcra Hakimiyyəti buna imkan verməmişdi.
Fərhad Nağıyev bu gün növbəti dəfə obyektini bərpa etməyə cəhd edib. Səbail Rayon İcra Hakimiyyəti isə yenə də onun işni yarımçıq saxlayıb.