Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat – VİDEO

Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat – VİDEO

Rusiyanın “Birinci kanal”ı Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın Kəlbəcər rayonuna humanitar yüklərin daşınmasına dair süjet yayımlayıb.

Süjetdə bildirilib ki, bölgəyə ümumilikdə 130 ton həcmində elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları çatdırılıb. Bu yardımların regionda sosial obyektlərin və yaşayış evlərini işıq və su ilə təminatı üçün son dərəcə önəmli olduğu vurğulanıb.

Sonda isə aparıcının Rusiya sülhməramlı kontingentinin Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərində deyil, qondarma respublikanın ərazisində olduğunu bildirməsi isə kanalda ermənipərəst meyillərin güclü olduğuna işarə edir.

Rusiyanın “Birinci kanal”ının efirində  təxribatçı ifadələrin səslənməsi sözügedən kanalın erməni lobbisinin təsiri altında fəaliyyət göstərməsinin sübutudur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olduğunu bəyan edib. Lakin görünür, Rusiya mediasında ermənipərəst qüvvələrin təsiri KİV-i ölkənin rəsmi mövqeyinə zidd ifadələr səsləndirməyə sövq edir.

İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …