Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakı yollarında sıxlıq var, avtobuslar gecikir – FOTO

Bakı yollarında sıxlıq var, avtobuslar gecikir – FOTO

Paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.

Sıxlıq olan küçələr bunlardır:

– Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti) sıxlıq

– Ziya Bünyadov prospekti – Əsas yol – (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq,Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində) sıxlıq

– Üzeyir Hacıbəyli küçəsi – (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində) sıxlıq

– Afiyəddin Cəlilov küçəsi – (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq

– Abdulvahab Salamzadə küçəsi – Əsas yol – (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq

– A.Nobel prospekti – (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqamətində) sıxlıq

– Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

– Heydər Əliyev prospekti – Əsas yol və Kənar yol – (Koroğlu metro stansiyasının qarşısından,Şəhər mərkəzi istiqamətində) sıxlıq

– 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

– Tbilisi prospekti – (Hər iki istiqamətdə,şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq

– Yusif Səfərov küçəsi – (Cavanşir körpüsü istiqamətində) sıxlıq

– Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə) sıxlıq

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …