Cümə , Avqust 23 2019
Ana səhifə / Media / “Rabitəbank”ın departamenti ləğv olundu

“Rabitəbank”ın departamenti ləğv olundu

“Rabitəbank” ASC-nin Nəzarət və Monitorinq Departamenti ləğv edilib. Bununla da Bankın departamentlərin sayı 17-yə düşüb.
Qeyd edək ki, ləğv olunan departamentin keçmiş direktoru Binnət Novruzov hazırda Bankın baş direktoru vəzifəsini tutur.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta” ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur. Report

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın