Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Qubada şagirdlərin hədə-qorxu ilə pul almalarına MÜNASİBƏT

Qubada şagirdlərin hədə-qorxu ilə pul almalarına MÜNASİBƏT

Quba rayonu Alekseyevka tam orta məktəbinin 2 şagirdinin hədə-qorxu yolu ilə digər şagirdlərdən pul alması barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Orta məktəbin direktoru İsa Əlixanlı Trend-ə bildirib ki, məktəbin iki 9-cu sinif şagirdi hədə-qorxu yolu ilə 3-4 məktəb yoldaşından kiçik məbləğdə pul alıb.

İ.Əlixanlının sözlərinə görə, valideynlərdən bu hadisə barədə məlumat aldıqdan sonra araşdırmanın aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda Quba Rayon Polis Şöbəsi tərəfindən hadisə ilə bağlı tədqiqat aparılır.

İ.Əlixanlı bildirib ki, hadisə məktəb ərazisində, dərs zamanı deyil, axşam saatlarında baş verib: “Bu hadisə sırf valideyn nəzarətsizliyindən olub və bunun məktəblə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, həmin uşaqların pul aldıqları yoldaşlarını soyunduraraq onların şəkillərini çəkməsi, həmin şəkillərin internetə qoyulacağı, buna görə pul verən uşaqların valideynlərinin hədələnməsi və onlardan pul istənilməsi barədə verilən məlumatlar yanlışdır. Bu məlumatlar hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı təsdiqini tapmayıb. Bundan başqa, hadisə baş verdikdən sonra valideyn iclası keçirilərək onlara uşaqlarını nəzarətsiz qoymamaları, xüsusilə axşam saatlarında daha diqqətli olmaları tövsiyə edilib”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın