Bazar , Noyabr 17 2019
Ana səhifə / Media / Qeysəriyyə əməliyyatlarının sayı azalıb

Qeysəriyyə əməliyyatlarının sayı azalıb

Bakı Sağlamlıq Mərkəzində 2016- cı ilin 8 ayı ərzində 2116 əməliyyat icra edilib.

Bu barədə Mərkəzdə keçirilən hesabat tədbirində baş həkim Hikmət Həsənov məlumat verib. O qeyd edib ki, bu il edilən əməliyyatların sayı 2015-ci ilin 8 ayı ilə müqayisədə 34% artıb. Burun, qulaq, boğaz əməliyyatları 8%, cərrahiyyə əməliyyatları 19,2%, ginekoloji əməliyyatlar 6,8% artıb.

Tədbirdə həmçinin qeyd edilib ki, 2016-cı ilin 8 ayı ərzində kollektivin bir çox üzvləri müəssisə rəhbərliyi tərəfindən göstərdikləri keyfiyyətli tibbi yardıma görə fəxri fərmanla təltif olunublar. Klinikada müalicə almış xəstələr tərəfindən yazılı olaraq direktorun adına 47 təşəkkürnamə, Bakı Baş Səhiyyə İdarəsinə 11 təşəkkürnamə göndərilib.

Bakı Sağlamlıq Mərkəzi 550 çarpayıdan ibarət 13 şöbədən təşkil olunub. 2016-cı ilin 8 ayı ərzində bu şöbələrdə 7225 xəstə müalicə və müayinədən sonra sağalma ilə evə yazılıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % çoxdur. 7225 xəstədən 1800 nəfəri doğum şöbəsindən, 1752 nəfəri endokrinologiya şöbəsindən, 1001 nəfəri terapiya şöbəsindən, 971 nəfəri cərrahiyyə şöbəsindən, 904 nəfəri nevrologiya şöbəsindən, 618 nəfəri Burun, Qulaq, Boğaz şöbəsindən, 92 nəfəri Yeni doğulmuşların patologiyası şöbəsindən evə yazılıb.

Hikmət Həsənov ginekoloji əməliyyatların sayı artsa da, qeysəriyyə əməliyyatlarının kəskin şəkildə azaldığını bildirib: “Yalnız göstəriş olduğu halda qeysəriyyə əməliyyatını icra edirik. Bu da son illər qeysəriyyə əməliyyatlarının sayının azalmasına səbəb olub”.

Həmçinin oxuyun

Şeyx Əbdül: Televiziyaları bərbad günə qoyanların adları açıqlanmalı və onlar cəzalandırılmalıdırlar

Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar …

Bir cavab yazın