Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “Qərib Azər” yenidən efirə qayıdır – VİDEO

“Qərib Azər” yenidən efirə qayıdır – VİDEO

Düz 17 il əvvəl ilk dəfə efirə gedən “Qərib Azər” yenidən efirə qayıdır.

BAKU.WS xəbər verir ki, bu barədə Azər Qəribov “Facebook” hesabında yazıb.

O bildirib ki, sabahdan “Qərib Azər” verilişi Real TV-də yayımlanmağa başlayacaq.

Yeni “Qərib Azər” əski “Qərib Azər”-dən nə ilə fərqlənəcək?

“15 dəqiqəlik veriliş 3 tam müstəqil 5 dəqiqəlik süjetdən ibarət olacaq və bu süjetlər ardıcıl olaraq həftənin dördüncü, beşinci və şənbə günləri xəbərlər blokunda göstəriləcək, özü də gündə 5 dəfə.

Bazar günü isə bu 3 süjet tam bir verilişdə birləşəcək və iki dəfə efirə gedəcək.

Eyni zamanda, əvvəlki musiqili pauzalar verilişdə olmayacaq, süjetlər daha sıх mətnlə və daha dinamik olacaq.

Bununla yanaşı, çalışacam ki, az tanınan yerlərə səfər edim, geniş kütlələrə məlum olmayan diyarları gəzim, sizə təqdim edim.

17 il əvvəl bizim vətəndaşlar bugünkü qədər səyahət etmirdilər, hər bir yer maraqlı idi. İndi isə artıq insanlar gəzirlər, görürlər və onları Paris və Londonla təəccübləndirmək mümkün deyil.

Odur ki, istiqamətlərimi bunu nəzərə alaraq seçmək niyyətimdəyəm.

Bu, o demək deyil ki, dünya paytaxtları olmayacaq, amma istənilən halda bu ümumi baxış deyil, daha çox konkret bir məkan, yaxud memarlıq şedevri, tarixi abidə və s. olacaq.

Əvvəllər olduğu kimi, bu dəfə də verilişin baş sponsoru Azərbaycan Beynalxalq Bankı olacaq, ənənələri pozmuruq. Eyni zamanda AZAL şirkəti də verilişi dəstəkləyənlərdən biridir”, – deyə aparıcı bildirib.


Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …