Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Məzahir Pənahov: “Müəllimlər, həkimlər namizədin görüşünə niyə gəlməməlidir ki?”

Məzahir Pənahov: “Müəllimlər, həkimlər namizədin görüşünə niyə gəlməməlidir ki?”

“Namizədlərin hamısına bərabər şərait yaradılmalıdır”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, məsələ araşdırılmalıdır. Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”, – o qeyd edib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …