Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Polis Toplum TV-nin ofisində axtarış aparıb

Polis Toplum TV-nin ofisində axtarış aparıb

Toplum TV-nin ofisində axtarış aparıldığı bildirilir.
Bu barədə jurnalist Gülzar Məmmədli məlumat yayıb.
“Toplum TV-nin ofisində axtarış başlayıb. Əməkdaşlar polis maşınına doldurulur. Polis ərazidən uzaqlaşdırdı”, – o bildirib.
Məlumatı DİN-in mətbuat xidmətindən də təsdiqləyiblər.
“Paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …