Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / Pensiya və əlillik dərəcəsi almaq asanlaşacaq

Pensiya və əlillik dərəcəsi almaq asanlaşacaq

“Tikinti sektorunda işləyən fəhlələrin əmək müqaviləsi olacaq.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyevin tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair fərmanını şərh edərkən deyib. Onun sözlərinə görə, uzun illərdir ki, tikinti sektorunda qeyri-rəsmi əməkdən istifadə etmək geniş yayılıb:

“Bu çox vacib məsələdir. Qeyri-rəsmi əmək olduğu, müqavilə bağlanmadığı, işçi ilə tikinti şirkəti arasında hər hansı bədbəxt hadisə baş verdikdə onu rəsmiləşdirmək olmur. İnsanlar pensiya yaşlarına çatanda pensiya ala bilmirlər. Bədbəxt hadisə baş verən zaman orada əlillik dərəcəsini almaq üçün çox böyük çətinliklərlə üz-üzə qalırlar. Bir var rəsmi, biri də var qeyri-rəsmi. Buna əslində “qara siyahı” deyirlər”.

Deputatın fikrincə, Prezidentin bu fərmanı “qara siyahı”nın qarşısını almağa yönəlib:

“Orada xüsusi nəzarət agetliyinin yaradılması planlaşdırılıb və bütün bu işlər “Asan Xidmət”ə tapşırılıb. Bundan əlavə digər təşkilatlara da tapşırıqlar verilib.”

Vahid Əhmədov vurğulayıb ki, bu fərmanın əsas məqsədi insanların sosial müdafiəsini gücləndirmək və bu sahəyə nəzarətin daha da artırılmasıdır:

“Tikinti sahəsində işləyən bütün insanların əmək müqaviləsi olacaq. Sabah hər hansı hadisə yaxud da pensiya yaşı çatanda heç bir problem olmayacaq.

Prezident İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb. Fərman Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi daşıyır”.

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın