Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / İcra başçısının müavini: “Dedim ki, imkanım yoxdur, 500 min düzəldə bilmərəm”

İcra başçısının müavini: “Dedim ki, imkanım yoxdur, 500 min düzəldə bilmərəm”

əğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyev və onun mütəşəkkil dəstəsi tərəfindən təzyiqlərə məruz qalan zərərçəkmişlər arasında Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ələkbər Heydərov da var.

Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, cinayət işi zərərçəkən şəxslərdən biri də Ələkbər Heydərov olub. Adıçəkilən şəxs 2001-2013-cü illərdə Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləyib. İstintaqa verdiyi ifadəsində 2011-ci ilin may ayında Gülağa İslam onun MTN-nin antiterror mərkəzinə dəvət olunduğunu deyib: “Çağırılmağımın səbəbini bilmədiyini dedi. MTN-nin binasına gedib özümü təqdim etdim. Məni bir otağa apardılar. İki-üç nəfər müavin işlədiyim vaxtda saxta sərəncam verdiyimi dedilər. Sərəncam verməyə səlahiyyətimin olmadığını söylədim. Həmin saxta sərəncamı təqdim etmələrini istədim. Konkret olaraq kimin barəsində saxta sərəncam verdiyimi bildirmədilər”.

Zərərçəkmişin ifadəsinə görə, MTN-də ona hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağını, 1990-cı illərə aid bir neçə sərəncamın surətini təqdim etdikdə həmin sənədlərin ona aid olmadığını deyib və bununla bağlı izahat yazıb.

Ə.Heydərovu sorğu-sual edən MTN əməkdaşları ona “Abşeron rayon icra hakimiyyəti başçısının müavini də törətdiyi cinayəti etiraf etmirdi, məsuliyyətdən azad olunması üçün pul verməsinə dair razılaşdıq, ancaq bizi aldadıb aradan çıxdı, pulu gətirmədi, həmin şəxsi narkotik qaçaqmalçılığı ilə həbs etdik”, – deyiblər.

Bundan sonra isə Ə.Heydərovu Antiterror Mərkəzinin rəis müavini polkovnik İlqar Əliyevin (həbs olunduqdan bir müddət sonra saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib – virtualaz.org) yanına aparıblar. İ.Əliyev ona sabiq nazir Eldar Mahmudova məruzə olunmaqla çağırıldığını, saxta sərəncam verməklə torpaq sahələri satdığını bildirib. Ə.Heydərov etiraz edib, bu məsələlərə aidiyyatı olmadığını desə də, polkovnikin hədə-qorxuları ilə üzləşib: “Dedi ki, bura girən şəxs bizim icazəmiz olmadan çıxa bilməz, səni başqa vasitələrlə həbs edərik. Oğlumun siqaret çəkib-çəkmədiyini, silahı olub-olmadığını soruşdu. Onun maşınından silah və yaxud narkotik vasitə çıxa biləcəyini dedi”.

MTN polkovnikinin dedikləri təşvişə düşən Ə.Heydərovun onların həqiqətən də həm özünü, həm də ailə üzvlərini şərləyə biləcəklərini düşünüb. Ona görə də, konkret olaraq çağırılmasının səbəbini və nə istədiklərini soruşub. Belə olan halda İ.Əliyev ona əli ilə 5 rəqəmi göstərib: “Məndən 500 min manat istədikdə, bu məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını bildirdim. İlqar Əliyev mənə hörmət etdiyini deyib, kağız parçasına 300 min yazdı, yekun rəqəm olduğunu dedi və ertəsi gün gətirməyimi söylədi”.

İlqar Əliyev

MTN polkovniki pul məsələsinə aydınlıq gətirərək, Ə.Heydərova deyib ki, onsuz da pulun böyük hissəsi nazir və idarə rəisinə çatacaq, ona cüzi məbləğ qalacaq. Ə.Heydərov isə bu qədər pulu bir günə düzəldə bilməyəcəyini deyib, İ.Əliyevdən vaxt istəyib. MTN polkovniki ona bir həftə vaxt verib və bu barədə heç kimə heç nə deməməyi tapşırıb.

Ə.Heydərov MTN-dən çıxdıqdan sonra başına gələnlər barədə qardaşı Abbasəli Heydərova danışıb, onunla məsləhətləşib. MTN-nin təhlükəli qurum olduğunu, İlqar Əliyevin ziddiyyətinə gedərsə, oğluna, yaxud özünə şər atılacağını fikirləşib. Ona görə də, tələb olunan məbləği toplamağa başlayıb. Müxtəlif şəxslərdən borc alaraq bir həftə sonra İlqar Əliyevin yanına gəlib. Gətirdiyi pulları kabinetdə MTN polkovnikinə verib: “İlqar Əliyevin məndən 300 min manat alması barədə qorxumdan hüquq-mühafizə orqanlarına şikayət etmədim. Həmin dövrdə MTN-dən şikayət etməyimin mənası yox idi. İlqar Əliyevə heç nəyi sübut edə bilməzdim”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın