Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Media / Pensiya alanlara şad xəbər – Video

Pensiya alanlara şad xəbər – Video

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, penisyalar vətəndaşlara vaxtlı-vaxtında təqdim olunacaq.

Dünəndən artıq Bakıdan başlayaraq əmək pensiyaları vətəndaşların hesabına yüklənir. Yaxın günlərdə bütün ölkə ərazisində müavinətlərin ödənilməsi başa çatacaq.

Nazir bu gün həmçinin “Məzun evi” sosial müəssisəsində xalça və tikiş sexlərinin fəaliyyəti ilə də tanış olub. Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün burda əlavə iş yerlərinin yaradılması onların daimi gəlir yerləri ilə təmin edəcək.

Hazırda tikilən növbəti yaşayış binasında valideyn himayəsindən məhrum gənclər üçün uşaq bağçası, binanın ətrafında isə idman kompleksi və məktəbin tikilməsi də nəzərdə tutulub.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …

Bir cavab yazın