Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Abituriyentlərin öldüyü qəzanın görüntüləri – VİDEO

Abituriyentlərin öldüyü qəzanın görüntüləri – VİDEO

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes” markalı avtomobil idarəetmənin itməsi səbəbindən yol kənarında olan su çəninə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev ölüb.

Hadisəyə səbəbin yüksək sürət olması bildirilir. Qəzaya düşən şəxslərin abituriyentlər olduğu və hazırlıq kursundan qayıtdıqları qeyd olunur. (ARB TV)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın