Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Media / Özündən xəbərsiz adına maaş yazılır — VİDEO

Özündən xəbərsiz adına maaş yazılır — VİDEO

O, ünvanlı sosial yardım almaq üçün müraciət edəndə ona bildirilib ki, işləyir və maaş alır. Amma maraqlısı budur ki, həmin şəxs nə işindən, nə də maaşından xəbərdar olub. Təfərrüatları araşdırmışıq.

Özünün xəbəri olmadan şirkətdə işə götürüblər. Qəribə fakt Cəlilabad sakini sosial yardım almaq üçün müraciət edəndə üzə çıxıb.

Rayonun Qarazəncir kənd sakini Nazim Əliyev bir müddət əvvəl iş axtarmaq üçün əmək yarmarkasında iştirak edib. Yarmarkada İnşaat şirkətlərindən biri onu işə qəbul etmək üçün qeydiyyata alıb. Lakin üzərindən bir neçə ay keçdikdən sonra sözügedən şirkətdən xəbər çıxmadığını görən Nazim Əliyev ünvanlı sosial yardım almaq üçün elektron formada Əmək və Əhlinin sosila müdafiə nazirliyinə müraciət edib. Gələn cavab isə onu çaş-baş salıb.

Nazim Əliyev deyir ki, onun adının inşaat şirkətində işçi kimi qeydiyyatda olmasından və 8 ay müddətində ona verildiyi bildirilən 200 manat maaşdan xəbərsiz olub.

İnşaat şirkətinin nümayəndəsi Bədir Niftullayev deyir ki, vətəndaşın adı işə qəbul üçün sistemə daxil edilib və bu barədə əlaqədər dövlət qurumlarına məlumat verilib.

Şirkət nümayəndəsi onu da bildirdi ki, Nazim Əliyev vaxtında inşaat şirkətinə gəlib əmək müqaviləsi bağlamadığı üçün qeydiyyatına xitam verilib. Buna görə də sistemdə onun adının işçi kimi qalması yanlışdır.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın