Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “Onlar hesabatdan azad ediləcəklər” – Nazir

“Onlar hesabatdan azad ediləcəklər” – Nazir

“Muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahiblərinin hesabat verməkdən azad edilməsi istiqamətində iş gedir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

“Hazırda birinci addım atılıb. Əgər əvvəllər fiziki şəxslər və hüquqi şəxslər ödədikləri sosial sığorta haqlarına görə ayrıca hesabat, fərdi uçota görə ayrı hesabat verirdilərsə, artıq bu hesabatlar birləşdirilib və vahid formada 3 aydan bir təqdim edilir. Növbəti addım isə muzdlu işçisi olmayan fiziki şəxslərin və torpaq sahiblərinin ödədikləri vəsaitə görə hesabatlılıqdan azad edilməsidir. Hazırda bununla bağlı iş gedir. Yaxın zamanlarda muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahibləri hesabat təqdim etməyəcək”, – deyə nazir qeyd edib. (APA)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın