Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Nazir: Bu il 2500-ə yaxın yeni gənc müəllim işə başlayacaq

Nazir: Bu il 2500-ə yaxın yeni gənc müəllim işə başlayacaq

Son 3 ildə Azərbaycanda buraxılış və qəbul imtahanlarının nəticələrinin ildən-ilə daha da yüksəlməsi, tədrisin keyfiyyətinin artması müşahidə edilir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, sentyabrın 15-dən ölkədə yeni 29 məktəb istifadəyə veriləcək. Bu məktəblərin 7-si Təhsil Nazirliyi tərəfindən tikilib, 384 məktəbdə cari təmir işləri, 101 məktəbdə isə əsaslı təmir işləri yekunlaşıb. Sabah Balakən və Mərdəkanda əsaslı şəkildə yəmir olunmuş iki internatın açılışı olacaq. Yeni tədris ilindən Fransız-Azərbaycan Universiteti də fəaliyyətə başlayacaq.

M.Cabbarov qeyd edib ki, cari tədris ilində 2500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq. Regionlardakı 200-dən artıq məktəbə yeni direktorlar təyin edilib. Bundan bsşqa, Bakıda da onlarla məktəbə yeni direktor təyin olunub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın