Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Media / Nazir: “Ən şəffaf yol sosial işçinin vətəndaşla birbaşa əlaqəsinin qarşısının alınmasıdır”

Nazir: “Ən şəffaf yol sosial işçinin vətəndaşla birbaşa əlaqəsinin qarşısının alınmasıdır”

“Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rayonlardakı şöbələrinin Dövlət sosial təminat şöbəsinin və əlilliyin təyini prosesində bilavasitə iştirakına son qoyulub”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, həmin şöbələrdə yalnız əhalinin müraciətlərində yer alan informasiyaların, əhalinin şəraitinin yerində yoxlanılması funksiyası qalır: “Nazirlik 6 səyyar qrup yaradıb ki, onların hər birində 3-4 nəfər var. Həmin qruplar yerlərə ezam edilib. Onlar yerlərdə olan işlərə baxıb, müvafiq qərarın qəbul edilməsini təmin edəcəklər”.
İnzibati yolla bu sahədəki neqativ halların aradan qaldırılmasının mümkün olmadığını deyən nazir bildirib ki, ən şəffaf yol sosial işçinin vətəndaşla birbaşa əlaqəsinin qarşısının alınmasıdır.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın