Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Nax­çı­van-İran də­mir yo­lunun stra­te­ji əhəmiyyəti 

Nax­çı­van-İran də­mir yo­lunun stra­te­ji əhəmiyyəti 

“De­kab­rın 29-da Nax­çı­van­da biz­nes fo­rum ke­çi­ri­lə­cək və hə­min vaxt ye­ni də­mir yo­lu xət­ti işə sa­lı­na­caq”.
Bu­nu Azər­bay­can Res­pub­li­ka­sı ilə İran İs­lam Res­pub­li­ka­sı ara­sın­da iq­ti­sa­di, ti­ca­rət və hu­ma­ni­tar sa­hə­lər üz­rə Döv­lət Ko­mis­si­ya­sı­nın 11-ci ic­la­sın­da iq­ti­sa­diy­yat na­zi­ri Şa­hin Mus­ta­fa­yev bil­di­rib: “Biz biz­nes fo­rum çər­çi­və­sin­də iki öl­kə ara­sın­da ti­ca­rət və in­ves­ti­si­ya əla­qə­lə­ri­ni mü­za­ki­rə edə­cə­yik. Bu il ti­ca­rət əla­qə­lə­ri­miz 60 fa­iz ar­tıb. Yan­va­rın bi­rin­ci on­gün­lü­yün­də İra­nın əmək na­zi­ri­nin iş­ti­ra­kı ilə Pi­ral­la­hı Sə­na­ye Par­kın­da dər­man za­vo­du­nun tə­mə­li qo­yu­la­caq. Təb­ri­zin trak­tor is­teh­sa­lı za­vo­du­nun Neftça­la­da təş­ki­li­ni mü­za­ki­rə edə­cə­yik”.
Na­zi­rin söz­lə­ri­nə gö­rə, Nax­çı­van­da ke­çi­ri­lə­cək biz­nes fo­rum çox əhə­miy­yət­li­dir: “Nax­çı­va­nın iq­ti­sa­di im­kan­la­rı İran tə­rə­fi­nə gös­tə­ri­lə­cək. Ey­ni za­man­da Nax­çı­van-Təb­riz-Teh­ran-Məş­həd üz­rə ilk qa­tar yo­la sa­lı­na­caq. Nax­çı­van-Məş­həd-Nax­çı­van qa­ta­rı va­si­tə­si­lə 15 min­dən çox sər­ni­şin da­şı­na­caq. He­sab edi­rik ki, iş adam­la­rı­mız üçün yax­şı im­kan ya­ra­nıb. Azər­bay­can nü­ma­yən­də he­yə­ti iş adam­la­rı ilə bir­gə növ­bə­ti il­də Təb­riz və Ər­də­bi­lə sə­fər edə­cək. Ha­zır­da 400 İran şir­kə­ti Azər­bay­can­da fə­a­liy­yət gös­tə­rir. On­la­rın sər­ma­yə­lə­ri 2 mil­yard dol­lar­dan çox­dur”.
Son il­lər Nax­çı­va­nın iq­ti­sa­diy­ya­tın­da cid­di in­ki­şaf mü­şa­hi­də olu­nur. Mux­tar Res­pub­li­ka­da ye­ni-ye­ni is­teh­sal, xid­mət sa­hə­lə­ri is­ti­fa­də­yə ve­ri­lir. Bu il sö­zü­ge­dən böl­gə­yə axın edən tu­ristlə­rin sa­yı əv­vəl­ki il­lər­lə mü­qa­yi­sə­də xey­li ar­tıb. Bü­tün bun­lar­la ya­na­şı, ey­ni gün­də həm fo­ru­mun ke­çi­ril­mə­si, həm də də­mir yo­lu­nun işə sa­lın­ma­sı­nın nə ki­mi stra­te­ji əhə­miy­yə­ti var?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iq­ti­sad­çı-ekspert Rə­şad Hə­sə­nov bu­na bir ne­çə priz­ma­dan ya­naş­dı: “Bu, iq­ti­sa­di ak­tiv­li­yə mü­əy­yən qə­dər müs­bət tə­sir gös­tə­rə­cək. Də­mir yo­lu­nun açı­lı­şı hər iki tə­rəf ara­sın­da kom­mu­ni­ka­si­ya və tran­zit əla­qə­lə­ri­nin in­ki­şaf et­di­ril­mə­si­nə, xərclə­rin azal­dıl­ma­sı­na gə­ti­rib çı­xa­ra­caq. Bu isə, öz növ­bə­sin­də, biz­ne­sin ak­tiv­li­yi­nə müs­bət tə­sir gös­tə­rə­cək. Ən baş­lı­ca­sı, ti­ca­rət döv­riy­yə­si­nin ge­niş­lən­mə­si­nə sə­bəb ola­caq. Həm­çi­nin bu im­kan ya­ra­dır ki, yer­li is­teh­sa­la aid olan məh­sul­lar İra­nın də­rin­lik­lə­ri­nə apa­rıl­sın. Yə­ni tək­cə sər­həd­ya­nı böl­gə­lər­lə məh­dud­laş­ma­ya­caq. Də­mir yo­lu im­kan ve­rə­cək ki, Nax­çı­van­da is­teh­sal olu­nan məh­sul­lar İra­nın cə­nub-şər­qi­nə apa­rıl­sın. İra­nın əra­zi və əha­li ba­xı­mın­dan bö­yük döv­lət ol­du­ğu­nu nə­zə­rə al­saq, sö­zü­ge­dən də­mir yo­lu­nun mü­hüm əhə­miy­yə­ti var. Yer­li is­teh­sal İran ba­zar­la­rın­da tə­lə­ba­ta uy­ğun olar­sa, bu­nun iq­ti­sa­di sə­mə­rə­si bö­yük ola­caq. Baş­qa bir tə­rəf­dən, iki tə­rəf ara­sın­da biz­nes fo­ru­mun ke­çi­ril­mə­si bir­ba­şa kom­mu­ni­ka­si­ya ün­siy­yə­ti­nin for­ma­laş­ma­sı­na gə­ti­rib çı­xa­ra­caq. Həm­çi­nin, möv­cud im­kan­la­rın də­yər­lən­di­ril­mə­si, risqlə­rin qiy­mət­lən­di­ril­mə­si və ma­ne­ə­lə­rin üzə çı­xa­rı­la­raq iq­ti­sa­di əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də iş­lər gö­rü­lə­cək. Bu isə növ­bə­ti dövrlər­də hər iki tə­rəf ara­sın­da əla­qə­lə­rin də­rin­ləş­mə­si üçün bir ba­za ro­lu­nu oy­na­ya bi­lər”.
Vi­da­di OR­DA­HAL­LI

Həmçinin oxuyun

“Axı niyə İrəvanı bombalamırlar?” – “Kommersant” qəzeti

17 oktyabr gecəsi Azərbaycanın ikinci böyük şəhəri Gəncə yenidən beş gün əvvəlki hadisələri yaşadı. “Elbrus” …

Bir cavab yazın