Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Media / Nardaranda işsiz sakinlər işlə təmin olunub – SOSİAL

Nardaranda işsiz sakinlər işlə təmin olunub – SOSİAL

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə işlər davam etdirilir.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün “Azəryolservis” tərəfindən qəsəbənin Abşeron küçəsinin yenidən qurulması işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla sürətlə davam etdirilir.
Qeyd edək ki, küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.

“Azəryolservis”in sədri Saleh Məmmədovun nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində küçənin 2 km-ə yaxın hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilmiş küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin (qaz, işıq, rabitə, su və kanalizasiya) çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.
Küçənin artıq 1100 metrlik hissəsində hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, 2500 paqon-metr yeni səki daşı düzülüb. Səkilərin təqribən 4400 kvadrat metr sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb. Yolun 1250 metrlik hissəsinə 2 qat olmaqla 15 sm qalınlığında yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə küçənin 40 min kvadrat metr sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və piyada səkilərinin kənarına 4500 paqon-metr səki daşının düzülməsi planlaşdırılır.

Abşeron küçəsini yenidən qurulması işləri çərçivəsində Nəsrulla Əsgərov küçəsi ilə kəsişmədə 10 metr diametrində dairə inşa edilir. Dairənin kənarlarına səki daşları düzülərək, içərisi asfaltlanır.

Yaxın müddət ərzində N. Əsgərov küçəsində də yenidən qurma işlərinə başlanılması planlaşdırılır. Aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı küçənin mövcud ortalama 6 metr enindən genişləndirilərək 16 metrə çatdırılması planlaşdırılır. N. Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 paqon-metr səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.
Nardaranda küçələrin yenidən qurulması istiqamətində aparılan təmir-tikinti hesabına onlarla işsiz qəsəbə sakini yeni iş yeri qazanıb. Bununla da “Azəryolservis” ölkə rəhbərliyinin qəsəbədə yeni iş yerlərinin açılaraq, insanların həyat şəraitinin yüksəlməsi istiqamətində atdığı addımlara öz töhfəsini vermiş olub.

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …

Bir cavab yazın