Çərşənbə , İyul 17 2019
Ana səhifə / Media / Müəllimlər niyə iş tapa bilmir? – Ekspert şərhi

Müəllimlər niyə iş tapa bilmir? – Ekspert şərhi

“Paytaxt məktəblərində vakant yer tapmaq müşküldür”. Bu sözləri iqtisadşı ekspert Rövşən Ağayev Bakı şəhəri üzrə Təhsil İdarəsinin hesabatına münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, Bakı Təhsil idarəsinin rəhbəri deyir ki, paytaxtda 13 mindən artıq müəllimin aylıq məvacibi 500-1000 manat intervalında dəyişir: “Vahid Tarif Cədvəlinə əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının maksimum məbləği 450 manatdır. Bu məbləği isə pedoqoji stajı 18 ildən çox olan və 18 saat dərs yükü müəllimlər ala bilər”.

Rövşən Ağayev bildirib ki, Bakıda orta məktəblərdə çalışan müəllimlərin sayı təxminən 27-28 min nəfədir. Hər 2 müəllimdən birinin qüvvədə olan aylıq vəzifə maaşlarının maksimum məbləğindən az qala orta hesabla 1.5-2 dəfə artıq maaş alması bir halda mümkündür ki, onların dərs yükü də normativdən (18 saat) xeyli yüksək olsun. Əgər belədirsə, nədən məktəblərə yeni müəllimlərin qəbulunda ciddi problemlər var? Xüsusilə də paytaxt məktəblərində vakant yer tapmaq müşküldür…

Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır.

Azinforum.az

Həmçinin oxuyun

Uzun iş günü insulta səbəb olur

Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır. Bunu alimlər deyiblər. Uzun müddətli …

Bir cavab yazın