Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Media / Mövcud hava şəraiti əkin-biçinə necə təsir edəcək… – Açıqlama

Mövcud hava şəraiti əkin-biçinə necə təsir edəcək… – Açıqlama

Azərbaycanda son günlərdə təbiət dəyişikliyi yaşanmaqdadır. Belə ki, bir çox bölgələrdə aprel ayı üçün xarakterik olmayan hava şəraiti müşahidə olunur, bəzi yerlərdə hətta qar yağıb. Məsələn, aprelin 2-də Qusarın Ləzə kəndinə güclü qar yağıb. Yağan qarın hündürlüyü isə 4 sm-ə çatıb, temperatur mənfi 5 dərəcəyə enib. Lerik rayonunun mərkəzinə yağan qar 5-6 sm, yüksək dağlıq ərazilərə isə 10 sm olub. Şəki və Oğuz rayonlarında da bir çox kəndlər “ağ örpəyə” bürünüb. Qeyd edək ki, bəziləri aprel ayında müşahidə olunan qarlı hava şəraitinin normal olduğunu bildirsələr də, əksəriyyət bu cür hava şəraitini heç də normal qəbul etməyərək, şaxtalı havanın kənd təsərrüfatı məhsuldarlığını aşağı salacağını vurğulayır.
Ekspertlər isə aprel ayında ölkənin dağlıq ərazilərinə qar və ya sulu qar yağmasının xarakterik olduğunu, əvvəlki aprel aylarında da dağlıq ərazilərə qar yağdığını açıqlayırlar.
Bəs bu cür hava şəraiti kənd təsərrüfatı məhsullarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Babək Tatlıyev “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, adətən qar yağanda el arasında deyirlər ki, “torpaq dincəlir”: “Bu, əsasən qış aylarında, yəni yanvar-fevralda baş verirsə, onda qarın xeyri var. Lakin yazda, xüsusən də ağacların çiçək açdığı zamanda qar yağarsa, bu, ziyan vurur. Çünki yağan qar ya çiçəyi dondurub məhv edir, ya da ki tökür. Bu da gələcəkdə meyvə qıtlığına səbəb olur. Buna görə də artıq təbiət oyandıqdan sonra qarın və ya dolunun yağması ancaq zərər verir.
Amma düşünmürəm ki, bugünlərdə dağ rayonlarda yağan qar ziyan vursun. Çünki çox güman ki, həmin ərazilərdə ağaclar hələ çiçək açmayıb. Yox, əgər həmin ərazilərdə, xüsusən də aran rayonlarında ağaclar çiçək açmağa başlayıbsa və qar yağıbsa, təbii ki, birmənalı şəkildə zərər verəcək”.

Həmçinin oxuyun

Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini seçilib

Sentyabrın 12-13-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib.Mia.az Mətbuat Şurasına istinadla xəbər verir ki, …

Bir cavab yazın