Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / “Microsoft”: Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

“Microsoft”: Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

Azərbaycanda proqram təminatı sahəsində piratçılıq səviyyəsinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Bunu “APA-Economics”ə “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, buna səbəb ölkədə ali təhsil müəssisələrində lisenziyalı proqram təminatının geniş tətbiqidir.

“Ölkədə proqram təminatı sahəsində piratçılıq səviyyəsinin dəqiq rəqəmləri BSA (Business Software Alliance) hesabatı göstərəcək. Bu hesabat təkcə proqram təminatı sahəsində piratçılığı deyil, həmçinin film, musiqi, sənət əsərləri və s. sahələri də əhatə edir”, – deyə Q. Mirzəyev bildirib.

Xatırladaq ki, BSA-in 2018-ci ildə dərc etdiyi hesabatda ölkədə piratçılıq səviyyəsi 81% olub.

Qeyd edək ki, dövlət qurumlarında istifadədə olan kompüterlərin lisenziyalaşdırma layihəsinin ikinci mərhələsinə 2021-ci ilin ortalarına start veriləcəyi gözlənilir. Həmin vaxtadək birinci mərhələnin tam bitəcəyi gözlənilir ki, bu müddət ərzində dövlət tərəfindən öncə əldə olunan lisenziyalar tam olaraq istifadəyə veriləcək. 1-ci mərhələdə dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün şirkət tərəfindən 10 min lisenziya təqdim olunub. 2018-ci ilin iyul ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft” şirkəti arasında əldə olunan razılığa əsasən, dövlət qurumlarına əlavə olaraq 20 min lisenziya, təhsil müəssisələrinə isə akademik güzəştlə 10 min lisenziya verilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …