Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bu cür keçid balı ilə davam etmək doğru deyil – BDU-nun dekanı

Bu cür keçid balı ilə davam etmək doğru deyil – BDU-nun dekanı

“Jurnalistika ixtisaslaşmaları üzrə magistraturaya bu il sənəd verənlərin sayı çox azdır”. 
Bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, bunun da öz səbəbləri var. 
Vüqar Zifəroğlu bildirib ki, burda əsas üç məqamı xüsusi vurğulamaq lazımdır: 
Birinci səbəb pandemiyanın gənclərimizin ümumi hazırlığına təsiri və eyni zamanda, az qala hər əlinə smartfon alan kəsin özünü “jurnalist” hesab etməsi və hətta bunun üçün ali təhsilli jurnalist olmağı vacib bilməməsidir.
O bildirib ki, ikinci səbəb cox ağrılıdır və mediamızın bugünkü mənzərəsinin ümumən formalaşmasına, cox təəssüf ki, neqativ təsirini göstərməkdədir. Hər zaman demişəm: jurnalistika ilə jurnalist məşğul olmalıdır! Lakin indi toxunmaq istədiyim vacib səbəb, yuxarıda qeyd etdiyim bu iki məqam deyil, – deyə əlavə edib.
“Ümumiyyətlə, magistratura pilləsi üzrə jurnalistika ixtisaslaşmalarına qəbul prosesi son dərəcə ciddi tələblər üzərində qurulur. Bu bir tərəfdən yaxşıdır, özünü həqiqətən də bu ixtisasa həsr etmək istəyənlər sınayırlar. Amma digər tərəfdən də, bir məqam var ki, ona ciddi şəkildə yenidən baxılmalıdır”.
Vüqar Zifəroğlu qeyd edib ki, bir çox humanitar istiqamətlər üzrə magistraturaya qəbul mərhələsində ikinci tur ləğv edilsə də, amma jurnalistikada bu saxlanılıb.
“Fakültə olaraq, biz bunun tərəfdarıyıq. Seçim daha ciddi şərtlər altında aparılmalıd;r. Biz bundan əsla çəkinmirik və yetirmələrimizə də inanırıq. Son iki ildə fakültəmizdə bakalavr təhsili alan tələbələrimizin təqribən 60 faizindən çoxu, artıq həm də paralel olaraq peşə fəaliyyəti ilə məşğuldurlar. Düşünürəm ki, tələbələrimiz də bununla razıdırlar: ən azından kənardan bu ixtisaslaşmalara sənəd verənlərlə öz hazırlıq və bacarıqlarını fərqləndirmək üçün (və buna bizim tələbələrimizin tam potensiali da var)”.
Dekan bildirib ki, bununla belə birinci turun keçid balının 50 olması ilə razılaşmaq olmur. 
“Ən azı, qəbul iki mərhələdə həyata keçirilir və hətta ikinci mərhələdə iştirak etmək üçün şərt irəli sürülür – yazı və ya audiovizaul material – deyə, birinci turun keçid balı mütləq nəzərə alınmalı idi. Bizim, sözün həqiqi mənasında magistraturada təhsil almağa layiqli olan, hətta tələbə ikən peşə fəaliyyəti ilə məşğul olan yetirmələrimiz 3-5 bal fərqi ilə birinci turdan kəsildilər”.
O, düşünür ki, DİM bu məsələyə ciddi şəkildə baxmalıdır.
 “Bu cür keçid balı ilə davam etmək doğru deyil!
Gələn ildən gec olmayaraq, bu keçid balı heç olmazsa 45 və hətta mümkün olsa 40 bala endirilməlidir. Onu da nəzərə alaq ki, bəzi ixtisaslaşmalara keçid balı 40-dır və həmin ixtisaslaşmalara qəbur elə bir turdan ibarətdir”. Qaynarinfo

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …