Bazar , Avqust 18 2019
Ana səhifə / Media / Mağazadan 3 telefon aldı, üçü də nasaz çıxdı… — VİDEO

Mağazadan 3 telefon aldı, üçü də nasaz çıxdı… — VİDEO

Abşeron rayonu Xırdalan şəhər sakini Afaq Səmədova iddia edir ki, yanvarın 26-da yaşadığı ərazidəki bir dükandan zəmanətlə mobil telefon alıb. Lakin telefon nasaz çıxıb.

Həmin telefon da başqası ilə əvəzlənib.

Afaq Səmədovanın sözlərinə görə, 3-cü mobil telefonda da problem çıxdıqda mağazaya yaxınlaşıb və geri qaytarmaq istədiyini deyib. Ona bildirilib ki, telefon qaytarılacağı təqdirdə ödədiyi pulun bir hissəni tutulacaq.

Məsələ bağlı mağazanın sahibi Səxavət Yunuslu “Xəzər Xəbər”ə bildirdi ki, Afaq Səmədova yaxınlaşdıqda mobil telefon onun istəyi ilə 2 dəfə dəyişdirilib. 3-cü dəfə isə qaytarmaq istəyib. Ona bildirilib ki, mobil telefonun heç bir problemi yoxdur. Bu halda isə qaytarıldıqda ödədiyi məbləğin 30 faizi tutulur. Çünki, onu yeni telefon qiymətinə satmaq mümkün olmur. Bu, zəmanət sənədində də göstərilib.

İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, alınan məhsulda hər hansı bir qüsur aşkarlanarsa, zəmanət müddəti ərzində mağaza onu təmir edib yenidən sahibinə qaytarmalıdır. əgər, qüsuru aradan qaldırmaq mümkün deyilsə yeni isə əvəz edilməlidir. Mobil telefonun heç bir problemi olmadığı halda vətəndaş onu mağaza təhvil verdikdə isə isə nə qədər pulun qaytarılacağı hər iki tərəf arasında bağlanan müqaviləyə əsasən təyin edilməlidir. Yəni, mağaza həmin 30 faiz məbləği zəmanət müqaviləsində göstərdiyi üçün özündə saxlaya bilər.

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın