Ana səhifə / Media / “Mətbuatın məmurlardan asılılığına son qoymaq lazımdır“ – Baş redaktor

“Mətbuatın məmurlardan asılılığına son qoymaq lazımdır“ – Baş redaktor

“Medianın İnkişafı Agentliyinin yaranmasını müsbət hal kimi qiymətləndirirəm. Etiraf edək ki, media sahəsində müəyyən boşluqlar var, mövcud qanunlar bu boşluğu doldurmağa qadir deyil. Ümid edirəm ki, Medianın İnkişaf Agentliyi mətbuatın inkişafına töhfə verəcək, xüsusilə onlayn media üçün xarakterik olan bəzi nöqsanların aradan qaldırılmasını təmin edəcəkdir”.

Bu sözləri Modern.az-a açıqlamasında “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. Seymur Verdizadə qeyd edib ki, bəzi jurnalistlər senzuranın yenidən qayıdacağından əndişələnsələr də, bu, mümkün deyil: 

“Yeni qurumun başlıca vəzifəsi mətbuatda peşəkarlığın artmasını təmin etmək, reklam bazarının dirçəlməsinə töhfə verməkdən ibarət olmalıdır. Mətbuatın məmur-oliqarxlardan asılılığına son qoymaq lazımdır. Bunun üçün güclü maddi-texniki baza lazımdır. Azərbaycanda reklam bazarını dircəltmək və reklamdan gələn gəlirlərin ədalətli bölünməsini təmin etməklə buna nail olmaq mümkündür”.

Jurnalist onunçün vacib olan bir məqama da toxunub:

“Yeni qurumun KİVDF-nin bazasında yaradılması məndə Medianın İnkişafı Agentliyinin daha səmərəli fəaliyyət göstərəcəyinə inam yaradıb. Bəlli olduğu kimi, Vüqar Səfərlinin KİV Fondunun icraçı direktoru postundan qovulmasından sonra bu qurumda keyfiyyət dəyişikliyi baş verib. Fond əvvəllər olduğu kimi KİV-lər və jurnalistlər arasında ayrı-seçkilik salmır, müsabiqələri ədalətli keçirir, jurnalistləri ayrı-ayrı məmurlara yaltaqlanmağa vadar edən tədbirlər təşkil etmir. Bu nüansları nəzərə alanda, yeni qurumun jurnalistlərin etimadını doğruldacağını söyləmək mümkündür”.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …