Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / “Məzunların çox az qismi tam sağlam olur” – TN rəsmisi

“Məzunların çox az qismi tam sağlam olur” – TN rəsmisi

“Uşaqlar vaxtlarının demək olar ki, 25 faizini sinifdə keçirir. Həmin vaxt əsasən oturaq vəziyyətdə olduqları üçün sonralar onlarda hərəkət məhdudiyyəti, fiziki inkişaf, qamət, görmə pozuntuları və digər sağlamlıq problemləri yaranır”.

Musavat.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Təhsil inkişafı proqramları şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova jurnalistlər üçün keçirilən təlimdə bildirib. Nazirlik rəsmisi qeyd edib ki, problemin aradan qaldırılması üçün xüsusi layihə həyata keçirilir:
“Araşdırmalar zamanı məktəbi bitirən məzunların çox az qisminin tam sağlam olduğu müəyyənləşib. Bunun üçün xüsusi olaraq “Sağlam təhsil-sağlam millət” layihəsi keçirilir. 2014-2015-ci illərdə 6 məktəbin 15, 2015-2016-cı tədris ilində isə 35 məktəbin 53 sinfində, ümumilikdə isə 41 məktəbin 68 sinfində bu layihə həyata keçib. Aparılan monitorinqlər zamanı bu siniflərdə tətbiq olunan texnologiyaların uşaqların sağlamlığına, onların intellektual səviyyələrinə müsbət təsir etdiyi müəyyənləşib”.
Nazirlik rəsmisi əyani vəsaitlərlə lahiyənin əhəmiyyəti barədə geniş məlumat verib.

Musavat.com

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın