Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / “Mən hara gedirəm ki, onu da taxım?!” – Reyddə gərgin anlar – VİDEO

“Mən hara gedirəm ki, onu da taxım?!” – Reyddə gərgin anlar – VİDEO

Qazaxda 100-dən çox qanun pozucusu saxlanıldı.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təşkil olunan reyd zamanı nəqliyyat vasitələrini sərxoş halda idarə edən, sürücülük hüququ olmayan, ötmə qaydalarını pozaraq qəza şəraiti yaradan, habelə digər təhlükəli xətalar törədən sürücülərə qarşı müvafiq inzibati tədbirlər görülüb.

Reyd zamanı saxlanılan sərxoş sürücülər özlərinə bəraət qazandırmaq istəsə də həkim yoxlamasından keçdikdən sonra onların sərxoş olduqları təsdiqləndi. Qanunu pozanlara qarşı yerindəcə izibati qaydada protokol tərtib olundu.

Sürücü: “Mənim formama bax. İşdən evə, evdən də işə gedirəm. Mən hara gedirəm ki, onu da taxam. Uzaq yol gedən də istifadə edirəm”.

Reyd zamanı polisin saxla əmrinə tabe olmayanlar da oldu. Sürücülər yola çıxarkən avtomobillərinin texniki nasazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Bu cür reydlər mütəmadi olaraq keçiriləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın