Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Media / Məktəb bazarında qiymətlər necədir? – VİDEO

Məktəb bazarında qiymətlər necədir? – VİDEO

Xəzər TV-nin əməkdaşları məktəbə hazırlığın neçəyə başa gəldiyini müəyyən etmək üçün məktəbli ləvazimatlarının satış mağazalarına baş çəkiblər. Keçən illə müqayisədə məktəbli geyimlərində və ləvazimatların qiymətində elə də böyük dəyişiklik olmasa da, artıq indidən bazarda canlanma yaşanır.
Buna səbəb həm bazarlarda tünlük yaranmadan işini rahatçılıqla görmək istəyi, həm də qiymətlərin bu vaxtlar bir qədər ucuz olmasıdır.
Artıq yeni tədris mövsümünün yaxınlaşması Bakı Tikiş Evinin satış məntəqələrində canlanma yaradıb. Bakı Tikiş Evindən bildirilib ki, 13 mağaza ilboyu fəaliyyət göstərir. Formaların qiyməti isə dəyişməz olaraq qalıb. Aşağı siniflər üçün 40, yuxarı siniflər üçün isə 46 manat.
Məktəblilər üçün forma ilə yanaşı digər ləvazimatlar da var ki, uşaqlar üçün alınması vacibdir. Bunlardan biri məktəblilər üçün vacib olan çantadır. Çantaların da qiyməti formasına və ölçüsünə görə fərqlənir.
Digər ləvazimatlar isə dəftər, qələm və karandaşlardır. Bunlarında qiyməti ölçülərinə və növlərinə görə fərqlənir.
Bundan əlavə pozan, xətkeş, plastilin, dəftər, kitab üzü, albom, suqabı və bu kimi bir sıra ləvazimatların qiyməti isə 5 qəpik – 5 manat arasındadır.
Orta hesabla, bir uşağı dərsə yola salmaq üçün valideynlər ən azı 150 manat xərc çəkməlidirlər.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın