Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / Məhkəmə “Akkord”un apellyasiya şikayətini təmin etməyib

Məhkəmə “Akkord”un apellyasiya şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində “Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası” ASC-nin “Dizayn Costruction” MMC-yə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “Akkord”un apellyasiya şikaytəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Dizayn Costruction” MMC “Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası” ASC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb. Məhkəmə MMC-nin tələbini təmin edib. Həmin qərardan narazı qalan “Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası” ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Həmçinin oxuyun

Elçin Şıxlı: “Azərbaycanda qəzet satışı sistemi məhv olub” — VİDEO

Milli Mətbuat Günü ərəfəsində ARB-24 kanalı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan müsahibə alıb.  Müsahibədə …

Bir cavab yazın