Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Lənkəran Təhsil Şöbəsində 120 min manatlıq yeyinti

Lənkəran Təhsil Şöbəsində 120 min manatlıq yeyinti

“Audit yoxlaması Lənkəran Təhsil şöbəsində külli miqdarda maliyyə yeyintisi aşkarladı”. Məlumata görə, aparılan audit yoxlaması zamanı təqribən 120 min manatdan atrıq maliyyə itkisi bəlli olub. Auditorlar təhsil şöbə müdirəsi Şahanə Əhmədovadan qısa zamanda pulun dövlət hesabına ödənilməsini tələb ediblər.Məlumatda qeyd olunur ki, bu məbləği ödəyə bilməyən müdirə məktəb direktorlarından pulun toplanmasını tələb edib. Şəhər mərkəzində yerləşən məktəb direktorlarından 10 min manat, kənd məktəb direktorlaından isə təxminən 5 min manat civarında pul tələb olunub.Lakin bir neçə məktəb direktoru Şahanə Əhmədovanın dediklərinə etiraz edərək bu qədər pulu ödəyə biıməyəcəklərini bildiriblər.Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, hazırda dövlət büdcəsinə ödəniləcək 120 min manatdan artıq pulunu toplanmasına start verilib. Şahanə Əhmədovaya pulun ödəniləməsi üçün dəstək olan bəzi məktəb direktorları müəllimlərdən 50 manat pul yığımına start veriblər. Müəllimlərin əksəriyyəti isə bu pulu verməkdən imtina edir.Pul verməkdən imtina edən məktəb direktorlarının fəaliyyəti ciddi yoxlanılır. Bir neçə məktəbdə aparılan yoxlama zamanı 15-18 min manat arasında itki ortaya çıxıb.Daha dəqiq təfərrüatlar barədə əlavə məlumat verəcəyik…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın