Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / YAP veteranından gömrük generalına kəskin ittihamlar

YAP veteranından gömrük generalına kəskin ittihamlar

Bakı sakini, Nərimanov rayon Həsən Əliyev küçəsi, 78a, mənzil 4-də yaşayan Hidayət Hüseyn oğlu Hüseynli Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük general-leytenantı Səfər Mehdiyevdən bir sıra dövlət qurumlarına şikayət edib.
Bu barədə H.Hüseynlidən istiqlal.az-a daxil olan şikayət məktubunda deyilir.H.Hüseynli yazır ki, 1993-cü ildən YAP-ın üzvüdür: “1991-ci ildə mərhum prezident Heydər Əliyevin Nehrəm seçki dairəsindən Azəörbaycan SSR Ali Sovetinə deputat seçilməsi üçün yüksək siyasi fəallıq göstərmişəm. Nehrəmdə YAP-ın ərazi təşkliatının yaranmasının təşəbbüskarı və ilk sədri olmuşam.
1997-ci ildə Bakıya köçdüyüm üçün Nehrəm təşkliatının sədri vəzifəsindən çıxarılmışam. Ali təhsilli mühəndisəm, heç yerdə işləmirəm.”YAP-ın veteranı bildirir ki, etdiyi şikayətlərə görə, gömrük xidmətində işləyən oğlu Hüseyn Hüseynli və Astara gömrük idarəsinin rəisinin sürücüsü işləyən qardaşı Kazım Hüseynov Səfər Mehdiyevin göstərişi ilə işdən çıxarılıb: “Ancaq sonradan qardaşım işə qaytarıldı.

S.Mehdiyev savadsız qohum-əqrabasını gömrük xidmətinə doldurub, qısa müddət ərzində onlara kapitan, mayor, palkovnik rütbəsi verdirib. Bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər.

Bunlar guya işə testlə qəbul ediliblər, ancaq heç vurma cədvəlini də bilmirlər. Şikayətlərim obyektiv yoxlanılsa, S.Mehdiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər şikaytim təsdiqini tapmasa, məsuliyyət daşımağa hazıram. S.Mehdiyev və qohumları dövlət büdcəsini talamaq hesabına çoxsaylı villa və bahalı avtomobillərə sahib olublar. Bundan başqa, S.Mehdiyev qanunsuz sahibkarlıq fəaliyyətlə məğuldur və bəzi malların monopoliyası onun nəzarətindədir”.
Şikayətçi bildirir ki, gömrük xidmətində işə qəbulu qeyri-rəsmi olaraq S.Mehdiyevin qaynatası Qulu Tatquluyev həyata keçirir: “Q.Tarquliyev 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub və mərhum prezident Heydər Əliyevin qatı əleydarı kimi tanınıb. İndi gömrük xidmətin əsas simalarındandır. Ümumiyyətlə, Tarquluyev soyadı gömrükdə məşhur soyaddır.
Bu soyadın daşıyıcıları gömrük xidmətində xüsusi imtiyaz sahibidirlər.”H.Hüseynli yazır ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin qəbuluna düşə bilmir:
“A.Əliyevə göndərdiyim şikayət məktublarına cavab verilmir. 11.12.2013-cü il tarixdə və ondan sonra bir neçə dəfə ərizə ilə müraciət edərək məni qəbul etməsini xahiş etmişəm. S.Mehdiyevin göstərişi ilə DGK növbətçi hissənin rəisi Əjdər Abdullayev öz işçiləri Ələkbər Sultanov, Fərid Hacıyev, Namiq Bağırov vasitəsi ilə mənə təzyiq edirlər.
”H.Hüseynli məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə (14 dəfə), Prezident Administrasiyasına (22), Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə (15), Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə (6), baş prokurora (7), daxili işlər nazirinə (5), Dövlət Təhlükəsizlik Xidmətinə (7) dəfələrlə müraciət etsə də, şikayəti araşdırılmamış qalıb. istiqlal.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın