Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Komputer oyunlarının ziyanları və faydaları

Komputer oyunlarının ziyanları və faydaları

Araşdırmalar göstərir ki, kompüter oyunları ciddi asılılıq yaradır. “Geymer”lər saatlarla durmadan kompüterin qarşısında vaxt keçirir.

Bu isə artıq çəkinin yığılması, görmə problemləri, dayaq-hərəki sistemində pozulmalar və s. kimi problemlərin inkişafına təkan verir.

Son elmi araşdırmalar kompüter oyunlarının bəzi faydalı tərəflərini də aşkar edib. Bu oyunlar stress və əsəbiliyi azaldır, depressiya ilə mübarizə edir.

Kataloniya Universiteti (İspaniya) alimləri 122 elmi araşdırmanın nəticəsini təhlil etdikdən sonra belə qərara gəliblər ki, kompüter oyunları diqqəti və yaddaşı yaxşılaşdırır. Böyük oyun stajı olan “geymer”lərin beynində yaddaşa cavabdeh olan hipokamp hissəsi bu oyunları oynamayan insanlarla müqayisədə daha böyükdür.

Alimlərin fikrinə görə, kompüter oyunları beyinin qocalması ilə bağlı olan Alsgeymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər. (saglamolun.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın