Ana səhifə / Media / Kapital Bankdan növbəti fırıldaq…- Kartınızdan pul çəkərkən diqqətli olun! (VİDEO)

Kapital Bankdan növbəti fırıldaq…- Kartınızdan pul çəkərkən diqqətli olun! (VİDEO)

Sosial şəbəkədə Kapital Bank müştərilərinin kartından qanunsuz pul silinməsi ilə əlaqəli video paylaşılıb.

Kapital Banka məxsus kartdan pul çəkmək istəyən şəxs, kartından çəkdikləri puldan artıq vəsaitin silindiyini görüb. Əməliyyatı təkrar edən zaman eyni halın baş verdiyini görən şəxs bunun fırıldaq olduğunu iddia edərək əməlliyyatı videoya çəkib.
Videonu çəkən şəxslər Bakıda Tarqovuda yerləşən Kapital Banka aid bankomatdan elə həmin banka məxsus kart ilə pul çəkən zaman balansdan artıq pul silindiyini əyani surətdə göstərirlər. Onlar bildirlər ki, bu əməliyyatı bir neçə dəfə təkrarlayıblar və hər dəfə Kapital Bank onların kartından bir manat artıq pul silinib.
Videonu çəkən şəxslər aidiyyatı qurumlara müraciət edəcəklərini bildiriblər.
Qeyd edək ki, iş saatı oldmadığından bank ilə əlaqə saxlaya bilmədik. Sabah Kapital Bank ilə əlaqə saxlayıb, açıqlama almağa çalışacağıq. (Moderator.az)

Həmçinin oxuyun

KİVDF-nin icraçı direktoruna ağır itki

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayilova …

Bir cavab yazın