Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / “İqtisadiyyat Nazirliyi dərman sektoruna ağır zərbə vurdu”

“İqtisadiyyat Nazirliyi dərman sektoruna ağır zərbə vurdu”

Xarici valyuta ilə bağlı problemlərlə əlaqədar dərman şirkətləri Azərbaycan hökumətinə müraciət edib.

Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Ağayev deyib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağı ilə bağlı məsələ hər kəsi narahat edir: “Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib.

Bu məsələ İqtisadiyyat Nazirliyini də çox narahat edir. Dünən Tarif Şurası ilə bu məsələni müzakirə etmişik. Çünki bir çox dərman şirkəti, əhali Səhiyyə Nazirliyinə müraciət edir ki, dərman vasitələrinin çatışmazlığı yarana bilər. Düşünürəm ki, bu məsələ tənzimlənəcək. Çünki İqtisadiyyat Nazirliyi hökumətin, Milli Bankın qarşısında məsələ qaldırıb ki, bu məsələ tənzimlənsin. Əsas problem yaradan məsələ valyutanın müəyyən olunmuş marjadan – 4 faizdən yuxarı satılmasıdır. Bu səbəbdən şirkətlər işlərini tənzimləyə bilmirlər. Şirkət də maraqlıdır ki, gətirdiyi dərmandan müəyyən qədər vəsait qazansın. Bu məsələ mütləq tənzimlənəcək (APA).

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, ölkədə dərman sektorunda həqiqətən də böhran müşahidə olunur və bunun əsas səbəbkarı İqtisadiyyat Nazirliyidir.

“İqtisadiyyat Nazirliyi dərman sektoruna ağır zərbə vurdu. Cənab Prezident göstəriş vermişdi ki, qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olsun. Lakin bəzi məmurlar tələm-tələsik, kortəbii şəkildə Türkiyə təcrübəsini tətbiq etmək istədilər, onu da doğru-düzgün bacarmadılar. Türkiyədə xarici şirkətlərə ölkədə dərman istehsalı üçün şərait yaradılmış, əhalinin daha çox istifadə etdiyi dərmanların yerli istehsalı təşkil olunmuş, yalnız ondan sonra qiymətlər aşağı salınmışdı. Bizdə yerli istehsala nəinki dəstək göstərilmədi, hətta kiçik və orta sahibkarların bir çoxu müflis olmaq, bazardan çıxmaq vəziyyətinə gətirildi. İqtisadiyyat Nazirliyinin kortəbii və tələsik tədbirləri ancaq iri dərman şirkətlərinin işinə yaradı. Nəticədə bəzi dərmanlar ümumiyyətlə satışdan yığışdırıldı, bəzi dərmanların isə qiyməti 2-3 dəfə bahalaşdı. Bir çox kiçik və orta sahibkarlar iflas həddinə çatdırılıb, onlar açıq şəkildə danışmaqdan çəkinirlər, amma dərman sektorunda vəziyyət çox acınacaqlıdır”, – deyə ekspert  bildirdi.brifinq-teleqraf-14

Onun sözlərinə görə, hər hansı qərar qəbul olunmamışdan əvvəl, ictimaiyyət nümayəndələri ilə məsləhətləşmək lazımdır.

“Bizdə kimsə dövlət məmuru olduqda, elə bilir ki, ondan ağıllı adam yoxdur. Heç kimi eşitmək, dinləmək istəmir. Bu qərarı qəbul etməzdən əvvəl, devalvasiyanı və yerli istehsalın yox səviyyəsində olmasını nəzərə almaq lazım idi. İstehlakçılar barədə isə ümumiyyətlə düşünən yoxdur”, – deyə E.Hüseynov vurğuladı.

Ekspert xaric ölkələrdə dərman şirkətlərinə bir sıra dərman preparatlarının istehsalı üçün subsidiyalar verilməsinə toxundu.

“Azərbaycanda isə hələ belə bir məlumata rast gəlməmişəm. Hökumət qiymətlərin sabit saxlanmasıyla bağlı çox yalnış siyasət yürüdür. Üzümü nazir Şahin Mustafayevə tutub deyirəm ki, ilk növbədə istehlakçıları nəzərə almaq, onların daha ucuz mallar ala bilməsi üçün, daha əlverişli tədbirlər görmək lazımdır. Belə davam etsə, yerli bazarda dərman qıtlığı yaranacaq, qaçaqmalçılıq və “qara bazar” fəallaşacaq”, – deyə E.Hüseynov əlavə etdi.

Qafqaznews.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın