Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Media / İosif Kobzona 25 milyon pul “atan” bakılı biznesmen kimdir?

İosif Kobzona 25 milyon pul “atan” bakılı biznesmen kimdir?

Rusiyanın Stavropol diyarında dəri biznesi ilə məşğul olan iş adamı Vaqif Peysəhov “külli-miqdarda vəsaitin mənimsənilməsi” maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Buna səbəb onun müğənni İosif Kobzona olan 25 milyon dollarlıq borcunu qaytara bilməməsi olub.
Peysəhov həmin vəsaiti qumar oyunlarında uduzduğunu və pulu geri qaytara bilməyəcəyini deyib.
İstintaq materiallarına görə 25 milyon dollar ekvivalentində pulu (rublla) Peysəhov Kobzondan 2013-cü ildə alıb.
Vəsaiti almaq üçün o, İosif Kobzonla “Pekin” mehmanxanasında və müğənnini şəxsi malikanəsində görüşüb.
Sonralar da biznesini genişlətmək üçün dəfələrlə SSRİ xalq artistindən borc alan Peysəhov borcunu qaytarmaqdan yayınmağa çalışıb.
Nəhayət, Moskvanın Odintsovo rayon məhkəməsinin qərarı ilə Vaqif Peysəhov ötən gün 6 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, Vaqif Peysəhov 1973-cü il fevralın 26-da Bakıda yəhudi ailəsində anadan olub.(Modern.az)

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın