Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / İcra Hakimiyyəti Şəhidin adını əbədiləşdirməkdə çətinlik çəkir – AÇIQLAMA

İcra Hakimiyyəti Şəhidin adını əbədiləşdirməkdə çətinlik çəkir – AÇIQLAMA

Sentyabrın 21-də Moderator.az-ın ın əməkdaşı aprel döyüşlərində qəhrəmancasına şəhid olan evin tək oğlu, əslən Zəngilan rayonundan olan Müşfiq Orucovun ata evindən reportaj hazırlamışdı.
Sentyabrın 25-də isə millət vəkili Qənirə xanım Paşayeva da şəhid ailəsini ziyarət edərək, onların problemləri ilə maraqlanıb.
Həmin yazını bu linkdən oxuya bilərsiniz:moderator.az/news/152610.html
Əməkdaşımız şəhidin ailə üzvləri ilə söhbət edərək ehtiyaclarını, problemlərini işıqlandırmışdı. Bəlli olmuşdu ki, şəhid ailəsinin həm ev problemi var, həm də istədikləri Müşfiqin adına ya küçə, ya da oxuduğu məktəbə adının verilməsidir.
Əməkdaşımız bu gün məsələylə bağlı Zəngilan rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən verilən cavab belə olub:
“Biz şəhid ailəsi ilə görüşmüşük və onlara bildirmişik ki, küçə adının verilməsi ilə bağlı həm ərazimiz yoxdu, həm də Nazirlər Kabineti ad verilməsi ilə bağlı məsələni hələlik dayandırıb. Amma çalışacağıq ki, ən yaxın gələcəkdə Müşfiq Orucovun adının əbədiləşdirilməsi istiqamətində müsbət addımlar ataq”.
Əməkdaşımız yenidən şəhidimizin anası Aygün xanımla əlaqə saxlayıb. İcra hakimiyyətindən verilən cavabı şəhid anası da təsdiq edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın