Cümə , Oktyabr 18 2019
Ana səhifə / Media / İKİ ÖZƏL KLİNİKA SƏLİM MÜSLÜMOVLA ƏMƏKDAŞLIQ EDƏCƏK

İKİ ÖZƏL KLİNİKA SƏLİM MÜSLÜMOVLA ƏMƏKDAŞLIQ EDƏCƏK

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla görüşüb. BDM mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, görüşdə BDM-in təşəbbüsü və təşkilatçılığı ilə əlil və aztəminatlı ailələr üçün təmənnasız tibbi müayinələrin keçirilməsi və bu istiqamətdə gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. BDM sədri görüşdə bildirib ki, Sumqayıtda fəaliyyət göstərən “Uğur” klinikası və Azərbaycan-İsrail Tibb Mərkəzinin xətti ilə təkcə 4 ayda 286 əlilə təmənnasız çekap müayinə xidməti göstərilib. Bu istiqamətdə Əlil Sahibkarlar İB ilə əməkdaşlıq nəticəsində gələcəkdə bu kimi daha böyük aksiyaların keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Görüşdə iştirak edən Azərbaycan-İsrail Tibb Mərkəzinin rəhbəri Aleksander Şapiro- Suliman öz növbəsində tibb mərkəzinin bu kimi xeyirxah aksiyalar keçirməsindən məmnunluq hissi duyduğunu və gələcəkdə hətta rəhbərlik etdiyi tibb mərkəzinin xətti ilə müalicəyə ehtiyacı olan əlillərin İsraildə müalicəsinin təşkilinə dəstək göstərəcəklərini də xüsusi vurğulayıb. Səmimi keçən görüşdə Səlim Müslümov da öz növbəsində BDM sədrinə və Azərbaycan-İsrail Tibb Mərkəzinin rəhbərinə keçirilən bu aksiyaları alqışlayaraq təşəkkürünü bildirib və bu istiqamətdə nazirliyin əməkdaşlığa hazır olduğunu da qeyd edib.

 

Həmçinin oxuyun

Tısbağa yerişi ilə yürüş: Nə biz onlara inanırıq, nə onlar bizi başa düşür

Azərbaycanda genişzolaqlı internetin tətbiqindən sonra ölkəmizdə internetin sürətini artırdığı deyilsə də, bu reallığı əks etdirmir. …

Bir cavab yazın