Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / İİV-ə ən çox bu insanlar yoluxur – Açıqlama

İİV-ə ən çox bu insanlar yoluxur – Açıqlama

Azərbaycanda HİİV-ə yoluxma halları arasında 4 əsas risk qrupu var. Bunlar məhbuslar, homoseksuallar, seks biznes işçiləri, inyeksiyon yollarla yoluxanlardır.

Bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə bu 4 risk qrupu arasında monitorinq keçirilib və onlar arasında QİÇS-ə yoluxma halının azaldığı müşahidə edilib.

“Eyni zamanda 2011-ci ilə qədər QİÇS-ə yoluxma ilə bağlı küçə uşaqları risk qrupuna daxil idi. Lakin biz küçə uşaqları arasında kəşfiyyat epidomoliji nəzarət tədbiri həyata keçirdik. Onlar arasında İİV-ə yoluxma halı müəyyən edilməyib. Ona görə də küçə uşaqlarını risk qrupundan çıxardıq”. (AzVision.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın