Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Həkimlərin maaşı xəstələrin sayına görə dəyişəcək – VİDEO

Həkimlərin maaşı xəstələrin sayına görə dəyişəcək – VİDEO

“Həkim nə qədər çox xəstə qəbul edəcəksə, gəliri də bir o qədər çox olacaq”.

Həkimlərin maaşı xəstələrin sayına görə ödəniləcək.

Azinforum.az  xəbər verir ki, bu barədə “Xəzər Xəbər”ə açıqlamasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin şöbə müdiri İsa Əliyev deyib.

İlkin mərhələdə işlərə rayonlarda olan dövlət xəstəxanalarından başlanılacaq. Həkim nə qədər çox xəstə qəbul edəcəksə, gəliri də bir o qədər çox olacaq.

İsa Əliyevin sözlərinə görə, icbari tibbi sığorta tətbiq olunduqdan sonra, dövlət tibb müəssisələri müayinə, müalicə və əməliyyat sayına görə maliyyələşəcək.

Yəni, tibb müəssisələrinin xəstələrinin sayı çox olsa, maliyyələşmə də yüksək olacaq. Bu isə həkimlərin maaşına təsir edəcək.

İlkin mərhələdə işlərə rayonlarda olan dövlət xəstəxanalarından başlanılacaq.

Şöbə müdiri deyir ki, belə olduqda, dövlət xəstəxanaları arasında rəqabət mühiti yaranacaq və neqativ halar aradan qalxmış olacaq. Çünki xəstəxanaya müraciət edən vətəndaşlar hansı xidmətlərin göstərildiyini və nə qədər pul ödənildiyini əvvəlcədən biləcəklər.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın