Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Gürcüstandakı azərbaycanlılardan Meydan TV-nin təxribatına etiraz

Gürcüstandakı azərbaycanlılardan Meydan TV-nin təxribatına etiraz

Meydan TV-nin Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq cəhdləri bu ölkədə yaşayan soydaşlarımızın hiddətinə səbəb olub. Bununla bağlı aksiya keçirən azərbaycanlı gənclər Meydan TV əməkdaşının qanunsuz olaraq kilsəyə daxil olub, təhqiramiz reportaj hazırlamasının iki ölkənin dostluq münasibətlərini korlamaq üçün təxribat xarakteri daşıdığını bəyan ediblər.

Xezerxeber.az bildirir ki, söhbət bu media qurumunun əməkdaşının 4 ay əvvəl Gürcüstanda katoliklərə məxsus kilsədən hazırladığı “Prank” adlı qərəzli və təxribatçı reportajdan gedir. Mütəmadi olaraq Azərbaycan əleyhinə qarayaxma və böhtan xarakterli fəaliyyəti ilə seçilən Meydan TV bu dəfə dost və qonşu ölkə Gürcüstanla olan münasibətlərə kölgə salmağa cəhd edib.

Buna etiraz edərək aksiya keçirən Gücüstandakı gənc soydaşlarımız bildiriblər ki, bu cür təxribata yol verənlərin məqsədi bəllidir. Amma onlar öz istəklərinə çata bilməyəcəklər.

Bir araya gələn soydaşlarımız belə təxribatlara son qoyulmasını tələb ediblər. Aksiya, əllərində “Stop, Meydan TV!”, “MeydanTV-ŞeytanTV!” yazılmış plakatları saxlayan gənclərin şüarlar səsləndirmələri ilə başa çatıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın