Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Güclü külək damları uçurdu, ağacları aşırdı  – VİDEO

Güclü külək damları uçurdu, ağacları aşırdı  – VİDEO

Gəncədə səhər saatlarında qısa müddətdə əsən güclü külək ziyansız ötüşməyib.

Təbiət hadisəsi nəticəsində şəhərin Şah İsmayıl Xətai propektində beşmərtəbəli binanın damı uçub. Küləyin gücündən qopan dam örtüyü ətrafdakı tikililərə və ağaclara, kommunal təsərrüfata zərər vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binanın ətrafında bir neçə avtomobilə ziyan dəyib.

Hazırda Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının əməkdaşları əraziyə baxış keçirirlər, dəyən zərər araşdırılır və küləyin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.

Vələddin Zeynalov (sakin) : “2 dəqiqə içində külək elə dərəcəyə çatdı ki, görünməyən bir şey oldu. Ömrümdə belə şey görməmişdim. Qaçıb girdim qəzet köşkünə. Bir də gördüm ki. ağaclar düşür”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın