Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Media / Genefondumuzu dağıdan bazarlar – GMO məhsulları Azərbaycana necə keçir?

Genefondumuzu dağıdan bazarlar – GMO məhsulları Azərbaycana necə keçir?

Bakı bazarlarında satılan məhsulların çoxu Geni Modifikasiya Olunmuş (dəyişdirilmiş) (GMO) qida məhsullarıdır. İndi bazarlarda yerli məhsullardan daha çox xaricdən gətirilən meyvə-tərəvəzlər var.

скачанные файлы (6)

Həmin məhsullar görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsulladır. Mütəxəssislər hesab edirlər ki, həmin məhsulların tərkibində nitrat maddələr daha çox olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Admiral.az-a açıqlamasında bildirib ki, GMO qidalarla mübarizə aparmaq asan məsələ deyil:

скачанные файлы (5)

“Azərbaycanda 3 laboratoriya var. Biri Naxçıvandadır. Digərləri Standartlaşdırma və Gömrük Komitələrindədir. Ötən ilin noyabr ayında test üçün Braziliyadan 6 dənə GMO mal aldım. Onları bilinməyən qablara qoydum. Gömrük Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasına apardım. Eyni maldan götürülən analizlərin cavabı fərqli oldu. Gömrükdən dedilər ki, həmin malda GMO yoxdur. Standartlaşdırma Komitəsindən isə dedilər ki, GMO var. Bu testlə ölkədəki yoxlamaların nə səviyyədə olduğunu sübuta yetirdim. QHT olaraq bundan artığını edə bilmirik. Bu testdən də bir daha aydın oldu ki, ölkəyə GMO məhsulları daxil olur”.

E.Hüseynovun sözlərinə görə, 1998-ci ildən Azərbaycanda GMO bitkiçiliyi yetişdirmək üçün “raondat” adlı maddə satılır:

скачанные файлы (4)

“Bu maddə bizdə satılırsa, demək ölkədə genetik modifikasiya olunmuş bitkiçilik də var. Bu maddə təbii olaraq, Azərbaycanın biomüxtəlifliyinə mənfi təsir edir, təbiətin harmoniyasını pozur. Elə meyvə-təvəz əkmək lazımdır ki, kəndli ondan gələn il üçün toxum tuta bilsin. GMO-nun toxumu tutulmur. Hazırda ölkədə əkilən pomidorların, qarpızların 95, kartofun 40-50, günəbaxanın, çuğundurun isə 70-80 %-i GMO-dur. Məhsulun toxumundan növbəti il üçün əkəndə çıxmırsa, yaxud az cücərirsə, bu GMO-nun ilk əlamətidir. Keçmişdəki qarpız növlərini yada salaq. İçərisində böyük və çoxlu tumları vardı. GMO tərkibli qarpızların isə içərisində kiçik və az tumları var”.

скачанные файлы (3)

Həkimlər isə GMO məhsullarının ölümə apardığını deyirlər. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binə şöbəsinin böyük həkimi Zemfira Vahidova Admiral.az-a bildirib ki, meyvə-tərəvəzdən zəhərlənmələr də buradan yaranır:

скачанные файлы (7)

“Yaxşı olar ki, yerli məhsullardan istifadə edilsin. Məhsuldarlığın artımı üçün istifadə edilən zəhərli maddələr sonradan insan orqanizmi üçün ciddi fəsadlar yaradır. Başağrısı, ürəkağrısı, halsızlıq və s. səbəb olur”.

Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının şöbə müdiri Svetlana İsayeva Admiral.az-a bildirib ki, GMO məhsulları insanların genefondunu dağıdır və hissə-hissə öldürür:

скачанные файлы (1)

“Belə məhsulların ən çox ziyan vurduğu orqan qaraciyərdir. Qaraciyər orqanizmin vacib funksiyasını yerinə yetirən orqandır. O, orqanizmdəki qanı neytrallaşdırıb ürək, böyrək və digər orqanlara ötürür. Orqanizmə daxil olan zəhərləyici, kimyəvi və sintetin maddələrin sintezi qaraciyərdə gedir. Onların fonunda orqan yüklənir. Nəticədə insanda qaraciyər çatışmazlığı yaranır. Hələ ona qədər bu zəhərli maddələr qaraciyərin toxumalarında dəyişikliyə səbəb olur. GMO məhsullarında istifadə etdikdə qaraciyər zədələnir və zəhərli maddələr qan ilə bütün orqanlara ötürülür. Bununla da orqanizmin ümumi funksiyası pozulur. Belə məhsullardan istifadə etdikdə insanın orqanları zaman keçdikcə korlanır. GMO insan genini dağıdır. Genefondu məhv edir”.

S.İsayevanın fikrincə GMO daha çox uşaqları bədbəxt edir:

“GMO daha çox uşaqlara pis təsir edir. Uşaq orqanizmi yeni qurulur. Belə məhsullardan istifadə onlarda sonsuzluğa gətirib çıxarır. Bunlar hamısı zərərli məhsullardır”.

Maraqlıdır, GMO məhsulları Azərbaycana necə keçir?

Suala cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə müraciət etdik. Qurumun Respublika Karantin Ekspertiza Mərkəzinin direktor əvəzi Taleh ŞəmiyevAdmiral.az-a bildirdi ki, ölkəyə idxal olunan bitki sortlarının bir çoxunun GMO məhsulları olduğu barədə heç bir sübut yoxdur:

скачанные файлы

“2014-2016-cı illərdə Azərbaycanın bəzi bölgələrində aparılan monitorinqlər nəticəsində GMO bitkiləri aşkar edilməyib. Bu da onu göstərir ki, Azərbaycana GMO məhsullarının gətirilməsi, becərilməsi və istifadəsi ilə bağlı yayılan məlumatlar irəli sürülən şaiyələrdən başqa heç nə deyil”.

T.Şəmiyev deyir ki, Dövlət Xidmətinin tabeliyində Molekulyar Diaqnostika Laboratoriyası yaradılıb.

“Həmçinin, GMO məhsullarına nəzarət etmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, Dövlət Gömrük Komitəsində və Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda laboratoriyalar qurulub. Bu laboratoriyalarda da bitki məhsulları üzərində müvafiq analizlər aparılır və məhsulların istifadəyə yararlı olub-olmadığı yoxlanılır”.

İqtisadiyyat Nazirliyindən isə Admiral.az-a bildiriblər ki, mövcud qanunvericiliyə əsasən, GMO məhsullarının ölkəyə idxalı və satışı qadağandır.

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …

Bir cavab yazın