Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Media / “Faytonçu” Nazim efirdə jurnalistlə dalaşdı: “Mənim günümə sənin əzizlərin düşsün”
1506085246_fff

“Faytonçu” Nazim efirdə jurnalistlə dalaşdı: “Mənim günümə sənin əzizlərin düşsün”

“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyari və jurnalist Tahirə Məmmədqızı arasında qalmaqal yaşanıb.
Musavat.com-un məlumatına görə, ARB TV-nin “Səhər-Səhər” verilişində qonaq olan jurnalistlə müğənninin sözləri çəpləşib.
Nazim onu səhv əməliyyat edən və səhhətində ciddi problemlər yaranmasına səbəb olan həkimdən danışıb. Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib. Daha sonra Elgiz və digər qonaqlar tərəfləri sakitləşdirməyə çalışıb. N.Pişyari Tahirəyə bunları deyib:
\”Jurnalistsən, get öz media qurumunda yaz, burada nə işin var? Elman Əzimovun niyə tərəfini tutursan? Onun səhvi yoxdursa, niyə 3 dəfə əməliyyat olundum? Elmanın üzündən 12 saat narkoz qəbul etdim. Kaş mənim günümə sənin əzizlərin düşsün. Onda məni başa düşərsən\”.

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …

Bir cavab yazın