Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Fəzail Ağamalının oğlu maşınla adam vurub? – Açıqlama

Fəzail Ağamalının oğlu maşınla adam vurub? – Açıqlama

Ana Vətən Partiyasının (AVP) mətbuat xidməti partiyanın sədri, millət vəkili Fəzail Ağamalının oğlu Yalçın Ağamalının maşınla adam vurması haqda yayılan məlumatlara aydınlıq gətirib.

Partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Azinforum.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir, Yalçın Ağamalı hazırda Türkiyədədir.

“Yalçın Ağamalı Azərbaycanda olmaya-olmaya necə qəza törədə bilər? O, 15 gündür ki, Türkiyədədir. Bundan başqa Yalçın Ağamalının 36 yox, 44 yaşı var. Onun “Jeep” yox, “Hundai” markalı avtomobili var”.

Qeyd edək ki, bu gün yerli KİV-də yayılan məlumata görə, deputatın oğlu Yalçın Ağamalı “Jeep” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …