Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Media / Evlərin qeydiyyata alınması məsələsi yenidən gündəmdə –Layihə parlamentdə müzakirəyə çıxarılır

Evlərin qeydiyyata alınması məsələsi yenidən gündəmdə –Layihə parlamentdə müzakirəyə çıxarılır

Azərbaycanda hündürlüyü 12 metrə qədər olan, 2013-cü ilin yanvarın 1-dək tikilən evlərin qeydiyyata alınması üçün yeni prosedur tətbiq olunur.
Milli Məclisdən verilən məlumata görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.9-cu maddəsinə yeni bəndlər əlavə edilir.
Azərbaycan prezidentinin təqdim etdiyi layihəyə əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-ə qədər) inşa edilmiş tikililərə dair” adlı maddəyə edilməsi nəzərdə tutulan əlavədə qeyd olunu ki, aşağıdakı sənədlər qeyd olunan tarixədək göstərilən evlərin qeydiyyata alınması üçün zəmin yaradacaq:
– icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
– məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
Layihədə o da göstərilir ki, sənəd, 2013-cü il yanvarın 1-ə qədər inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq üçün təqdim olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.(apa)

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın