Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Media / Ekspertdən “2” alan müəllimlərlə bağlı təklif

Ekspertdən “2” alan müəllimlərlə bağlı təklif

“Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə vəzifəsindən azad edilməsi mümkün deyil. Buna Əmək Məcəlləsi imkan vermir”

Bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmə attestasiya imtahanı olmadığı üçün müəllimlərin işdən azad edilməsi düzgün deyil.

“Bundan əlavə, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları var. Müəllimlərin müqaviləsinə xitam verilir, bunun təminatları var. Bu illər ərzində onların fəaliyyətinə şərait yaradan şəxslər də vəzifəsindən azad edilməlidir. Nəticəsi zəif olan müəllimləri təkmilləşdirilmə kurslarına cəlb etmək və sonra yenidən imtahan etmək olar. Əgər yenə də nəticə zəif olsa, onda hansısa tədbir görmək olar. Həmin müəllimlər həmkarlar ittifaqlarının üzvüdür və buna görə hər ay üzvlük haqqı ödəyirlər. Onları birbaşa azad etmək mümkün deyil”.

K.Əsədov bildirib ki, nəticəsi az olan müəllimlərə çox dərs vermək olmaz: “Lakin imkan verək ki, təkmilləşsinlər. Hətta uzun müddət idmanla məşğul olan idmançı da bir müsabiqədə uğur əldə edə bilmir”.

Qeyd edək ki, Təhsil Naziriyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə imtahanlarında zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır. E.Bağırov diaqnostik qiymətləndirmələrdə zəif nəticə göstərən və ixtisar ediləcək müəllimlərin sayının kifayət qədər olduğunu vurğulayıb.

Həmçinin oxuyun

“Yəqin ki, bizim də növbəmiz çatacaq” – Vahid Mustafayev

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Yenicag.az-ın əməkdaşının “ANS-in açılması nə qədər realdır?” …

Bir cavab yazın