Bazar ertəsi , May 27 2019
Ana səhifə / Media / Dünyada satışı qadağan edilmiş zəhərli balıq Bakıda açıq satışdadır

Dünyada satışı qadağan edilmiş zəhərli balıq Bakıda açıq satışdadır

Bakıda yenə insan sağlamlığı üçün təhlükə mənbəyi olan panqasius balığı satılır.

Bununla bağlı vətəndaşlar BAKU.WS saytına şikayətlərində bildiriblər.

Bildirilib ki, paytaxtda “Supermarket N -1” marketlərində bu zəhərli balıq növü satılır. Qeyd edək ki, dünyada ən zəhərli balıq növlərindən sayılan panqasiusun satışı bir çox Amerika və Avropa ölkələrində qadağan edilib.

Vyetnamın Mekonq çayından tutulan panqasius balığının tərkibi zəhərli maddələr, ağır metallarla zəngindir. Mekonq çayı öz növbəsində dünyanın ən çirklənmiş çayı sayılır. Mənbəyində kimya və müxtəlif zavodlar yerləşən çayın suyu insan dərisi və orqanizmi üçün olduqca təhlükəlidir. Çayda panqasius balığından başqa heç bir canlı yaşamır.

Panqasius balığının tərkibindəki xlor, metan və digər toksiki maddələr insan genefondunu məhv edir, beyin hüceyrələrini dağıdır. Balığı yedikdə insan orqanizimdə qanın laxtalanması tezləşir. Ağ ciyərlərin fəaliyyəti iflic vəziyyətə düşür. Veytnamda bu balığın kiloqramı 0,001 dollara, Azərbaycan pulu ilə 1 qəpikdən də ucuz – 0,0078 qəpiyədir.

Paytaxtın “Supermarket N-1″də isə balıq açıq satışdadır.

Həmçinin oxuyun

AzTV-də daha bir yenilik… – FOTO

Azərbaycan televiziyasında yeni və daha gözəl studiya qurulub. Kult.az xəbər verir ki, AzTV-nin sosial şəbəkə hesabında …

Bir cavab yazın